University of Debrecen

University of Debrecen (macarca "Debreceni Egyetem") Macarıstanın ikinci ən böyük şəhəri olan Debreçendə yerləşir və ölkənin ən böyük və qədim universitetlərindən biridir. Debreçen Universiteti (University of Debrecen) 30 000-dən çox tələbəni və 14 fakültəni 6 kampusda birləşdirən Macarıstanın ən böyük ali məktəblərindən biridir. Bu ali məktəbdə beynəlxalq proqramlar 1987-ci ildə tədris olunmağa başlayıb və əcnəbi tələbələrə dəyərli və beynəlxalq səviyyədə tanınan diplom almaq imkanı verir. Hazırda dünyanın əksər regionlarından bu ali məktəbdə təhsil almağa gəlmiş əcnəbi tələbələrin sayı 3 700 ətrafındadır. Tibbdən tutmuş mühəndisliyə və musiqiyə qədər çoxsəpkili tədris proqramları ilə bu ali məktəb Macarıstanda müxtəlif dərəcələr (bakalavr, magistratura, doktorantura) üzrə ən geniş seçimi təklif edir. 40 proqram, o cümlədən Tibb, Stomatologiya, Əczaçılıq, müxtəlif xarakterli mühəndislik, biznes, menecment, kənd təsərrüfatı və informasiya texnologiyaları proqramları tamamilə ingilis dilində tədris olunur. Bu ali məktəb barədə geniş məlumatı ayrıca saytda yerləşdirmişik: www.debrecen-university.com.

Universitet barədə daha ətraflı məlumat almaq üçün ali məktəbin qeyri-tibb ixtisasları üzrə proqram direktoru Laslo Kozmanın müsahibəsini oxuya bilərsiniz.Yaranma ili: 1538 Yerləşdiyi şəhər: Debreçen (Debrecen) Mənsubiyyəti: dövlətAzərbaycan Təhsil Nazirliyi tərəfindən diplomunun tanınması: BəliBütün tələbələrin sayı: 30 000

Ətraflı məlumat: Vikipediya məqaləsində

Fotoları: Facebook səhifəmizdə

Medical and Health Science Center The Centre of Arts, Humanities and Sciences

İngilis dilində tədris olunan proqramların siyahısına bu linkdən baxa və təhsil üçün müraciət edə bilərsiniz.