Rəylər
Xidmətlərimiz barədə müştərilərimizin rəyləri: https://www.facebook.com/pg/studyinhungary.eu/reviews/
Macarıstanda təhsil alan və məzun olmuş tələbələrin müsahibələri:
Ramil Əzməmmədov (SZIU, Regionların inkişafı və aqrobiznes, magistratura):FAO təqaüdünü qazanıb 2010-cu ilin sentyabrında Macarıstandakı Sent İştvan Universitetində (SZIU) magistr təhsili almağa gəldim. Təhsilimi başa vurduqdan sonra Macarıstanda öz ticari şirkətimi (Sericovia MMC) qurdum və işləməyə başladım.
Şamil Şahmalıyev (University of Debrecen, Tibb):Macarıstan məndə “hər zaman çəkdiyin əziyyətin qarşılığını alacaqsan” təəssüratını oyatdı.
Azər İsmayılov (International Business School, Biznes və turizm, bakalavr):
Surxay Novruzov (University of Debrecen, Ətraf mühitin idarə olunması, magistratura):Debreçen universiteti mərkəzi Avropada ən yaxşı araşdırma universitetlərindən biri kimi tanınır.
Əli Ələkbərli (Corvinus University, Tətbiqi İqtisadiyyat, bakalavr):İlk dəfə olaraq Macarıstana, daha dəqiq desək, Budapeştə gələndə bu ölkə məndə bütün arzularımın uğurla həyata keçəcəyi hissi yaratdı. Dunay çayının 2 yerə böldüyü Budapeşt məni heyran etməyə bilməzdi. Budapeştin gecə görüntüsünə tamaşa etdikdən sonra isə ağlımda heç bir şübhə qalmadı.
Fidan Abdullayeva (ELTE, İngilis dili və ədəbiyyatı, magistratura):Bir anlıq düşünün ki, Avropanın mərkəzindəsiniz, amma buna rəğmən çox uyğun maddi şərtlərlə yaşayırsınız. Dünyanın dörd bir yanından gəlmiş insanlarla əhatə olunmuşsunuz. Başqa sözlə Macarıstanda təhsil maddi imkanı orta olan istənilən insan üçün əla seçimdir.
Elvir Məmmədov (Corvinus University, Beynəlxalq Münasibətlər, magistratura):
Rəşad Mehbaliyev (Central European University, İqtisadiyyat, magistratura):IBM bizim universitetimizin məzunlarına xüsusi diqqət yetirir və universitetimizdə karyera sərgilərində iştirak edirdi. Onlayn formada müraciət etdim, intervyuya dəvət aldım və bütün mərhələləri keçərək iş təklifi aldım.
Macarıstan ali məktəblərinin aparıcı mütəxəssislərinin əcnəbilərə tədris olunan proqramlarla bağlı müsahibələri:
International Business School-un Beynəlxalq Tələbə Qəbulu Şöbəsinin Müdiri Laslo Lendvai: Bizim Britaniya diplomu verən proqramlarımız həm yerli, həm də əcnəbi tələbələr tərəfindən yaxşı qarşılanır.Debreçen Universitinin (University of Debrecen) qeyri-tibb ixtisasları üzrə Proqram Direktoru Laslo Kozma: Bizim universitet Macarıstanın ən nüfuzlu ali məktəblərindən biridir və “Research Excellence” (Tədqiqat Mükəmməlliyi) titulunu daşıyır. Universitetin tarixi 16-cı əsrdən başlayır. Hazırda 30 000-dən çox tələbə burada təhsil alır ki, onlardan 3600 nəfəri dünyanın 82 ölkəsindən olan əcnəbi tələbələrdir.Dunauyvaroş Kollecinin (College of Dunaújváros) Beynəlxalq Münasibətlər Ofisinin Rəhbəri Katalin Gyöngyöşi: Ali məktəbimizin böyük laboratoriyaları var. "Bosch" şirkəti ilə əməkdaşlıq çərçivəsində, bütün Avropada dörd laboratoriyadan bir olan ömür tətqiqatı laboratoriyamız var. Bizim digər laboratoriyamız NASA və ESA ilə kosmik gəmilərin yaradılması və materiallarının sınaqdan keçirilməsi üzrə işləyir.
Peç Universitetinin (University of Pécs) Maliyyə, Strategiya və Əlaqələr üzrə Vitse-rektoru Gyula Zeller: Ali məktəbimiz Macarıstanın ən qədim universitetidir və 1367-ci ildə təsis edilmişdir. On fakültə və təxminən 22 min tələbə ilə Peç Universiteti Macarıstanın ali təhsil sistemində mühüm rol oynayır. Biz 60-dan çox müxtəlif ölkəni təmsil edən 2000-dən çox beynəlxalq tələbəmizin olmasından məmnunuq.
MET-in Beynəlxalq Təlim Mərkəzinin rəhbəri Zoltan Dobak: Getdikcə daha çox azərbaycanlı tələbənin BKF-də təhsili seçdiyi üçün məmnunluq hissi duyuruq.
Duna Kollecinin rəhbəri Mətin Haşem: Anam və həyat yoldaşım Azərbaycanlıdırlar, ona görə azərbaycanlı tələbələri qəbul etmək mənim üçün şərəfdir.Korvinus Universitetinin Biznes Administrasiyası fakültəsinin Beynəlxalq Təhsi Proqramları Ofisinin sədri Doris Kestheyi: Korvinus Universiteti çox sayda Macarıstan və digər ölkələrin biznes və siyası liderlərini yetişdirən ali məktəblərdən hesab olunur.Andraşi Universitetində Marketinq və kommunikasiya departamentin rəhbəri Peter Schützhold: Bütün tələbələrimizin yarısından çoxu təqaüd alır. Təqaüdlər əsasən, təhsil haqları ilə yanaşı, bir çox digər xərcləri də qarşılayırlar.