Niyə Macarıstanda təhsil?

Tələbələr niyə məhz Macarıstanda təhsili və bizi seçirlər?- Avropa Birliyi və Şengen zonasında çox münasib təhsil və yaşayış xərcləri; - Nobel mükafatı qazanmış alimlər və ixtiraçılar yetişdirən təhsil sistemi; - Xarici tələbələr qəbul edən əksər universitetlərin tələbə qəbulu üzrə rəsmi nümayəndəsi olmağımız; - Daha az sənəd tələb edən və sadələşdirilmiş qəbul şərtləri; - Macarıstanda əcnəbi tələbə qəbul edən bütün universitetlərin diplomlarının Azərbaycanda tanınması; - Əcnəbi tələbələr üçün ingilis və alman dillərində tədris proqramları;

- Macarıstanın Azərbaycandakı səfirliyinin təhsil vizasını digər Avropa ölkələri ilə müqayisədə daha asan verməsi;

- Bakıdan ən ucuz beynəlxalq təyyarə reysinin məhz Budapeşt şəhərinə uçması;

- Macarıstanda xarici tələbələrə verilən oturum izni əsasında digər Şengen zonası ölkələrinə səyahət etmə imkanı;

- Budapeştdən bir çox Avropa şəhərlərinə ucuz birbaşa təyyarə reyslərinin mövcudluğu;

- Təhsil aldığınız zaman və məzun olduqdan sonra Avropada işləmək və yaşamaq imkanının olması və s.