University of Debrecen (macarca "Debreceni Egyetem") Macarıstanın ikinci ən böyük şəhəri olan Debreçendə yerləşir və ölkənin ən böyük və qədim universitetlərindən biridir. Debreçen Universiteti (University of Debrecen) 30 000-dən çox tələbəni və 14 fakültəni 6 kampusda birləşdirən Macarıstanın ən böyük ali məktəblərindən biridir. Bu ali məktəbdə beynəlxalq proqramlar 1987-ci ildə tədris olunmağa başlayıb və əcnəbi tələbələrə dəyərli və beynəlxalq səviyyədə tanınan diplom almaq imkanı verir. Hazırda dünyanın əksər regionlarından bu ali məktəbdə təhsil almağa gəlmiş əcnəbi tələbələrin sayı 3 700 ətrafındadır. Tibbdən tutmuş mühəndisliyə və musiqiyə qədər çoxsəpkili tədris proqramları ilə bu ali məktəb Macarıstanda müxtəlif dərəcələr (bakalavr, magistratura, doktorantura) üzrə ən geniş seçimi təklif edir. 40 proqram, o cümlədən Tibb, Stomatologiya, Əczaçılıq, müxtəlif xarakterli mühəndislik, biznes, menecment, kənd təsərrüfatı və informasiya texnologiyaları proqramları tamamilə ingilis dilində tədris olunur. Bu ali məktəb barədə geniş məlumatı ayrıca saytda yerləşdirmişik: www.debrecen-university.com. Universitet barədə daha ətraflı məlumat almaq üçün ali məktəbin qeyri-tibb ixtisasları üzrə proqram direktoru Laslo Kozmanın müsahibəsini oxuya bilərsiniz. Yaranma ili: 1538
Yerləşdiyi şəhər: Debreçen (Debrecen)
Mənsubiyyəti: dövlət Azərbaycan Təhsil Nazirliyi tərəfindən diplomunun tanınması: Bəli
Bütün tələbələrin sayı: 30 000
Medical and Health Science Center The Centre of Arts, Humanities and Sciences
İngilis dilində tədris olunan proqramların siyahısına bu linkdən baxa və təhsil üçün müraciət edə bilərsiniz.
|
|