Macarıstana təhsil almağa gələn şəxslərə hər növ xidmətləri təklif edirik: - istəyə uyğun olaraq ali məktəbin və proqramın seçilməsi; - seçilmiş proqrama sənəd qəbulu prosesinin izah edilməsi; - sənədlərin hazırlanması və ali məktəbə təqdim olunmasına yardım; - ali məktəbdən gəlmiş qəbul sənədlərinə əsasən vizaya müraciət olunmasına dəstək; - oturum izninin alınması üçün konsultasiya və s. Macarıstana gəlmiş tələbələr həmçinin aşağıdakı köməkçi xidmətlərimizdən də faydalana bilərlər: - hava limanında qarşılanma; - ölkə və şəhərə uyğunlaşmaq üçün əsas məlumatların verilməsi; - tələbənin ali məktəbdə şəxsən qeydiyyatdan keçirilməsinə yardım; - müvəqqəti və daimi yerləşmənin təşkili; - universitetlə tanışlıq; - Macarıstanda oturum izninə müraciət olunmasına hüquqi yardım; - artıq Macarıstanda təhsil alan tələbələrin bir ali məktəbdən digərinə köçürülməsi və s. Xidmətlərimiz barədə müştərilərimizin rəyləri ilə Facebook səhifəmizdə tanış ola bilərsiniz. Yeniliklərimizə abunə olmaq üçün bu keçiddəki formanı doldurmağınız xahiş olunur.
|